• Qərb
  • 30 Aprel 13:54
  •  2 752

Fransada məhbusların sayı rekord həddə çatıb

Fransa Ədliyyə Nazirliyi ölkədə məhbusların sayının rekord həddə çatdığı hesabatını dərc edib.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb .

2024-cü il aprelin 1-nə məhbusların sayı 77 450 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 4 370 nəfər çoxdur. Onların sayının artması ilə eyni vaxtda çarpayı çatışmazlığı səbəbindən kameraların döşəməsində yatmağa məcbur olanların sayı da artıb.

“Aprelin 1-nə olan məlumata görə, 3307 məhbus döşəmədəki döşəklərdə yatırdı, bu da əvvəlki illə müqayisədə 2151 nəfər idi. İl ərzində onların sayı 6% artıb. Aprelin 1-nə olan məlumata görə, Fransa həbsxanalarında cəmi 61 570 aktiv çarpayı var idi”, -nəşrdə qeyd edilir.

Mövsüm

AzNews.az