- Qərb
- 2 May 16:49
- 2 137
Amsterdam qatar stansiyasında bıçaqlı hücum nəticəsində bir nəfər yaralanıb

Amsterdamın mərkəzi vağzalında bıçaqlı hücum nəticəsində bir nəfər yaralanıb.
Bu barədə "Telegraaf" qəzeti məlumat yayıb.
"Bıçaqlanma hadisəsi təxminən səhər saat 5:45-də baş verib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb", - nəşr bildirib.
Qeyd olunur ki, şübhəli şəxs polis əməkdaşları tərəfindən məntəqədə saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Mövsüm
Aznews.az