Belarus-Latviya sərhədində əcnəbi qadın huşsuz vəziyyətdə tapılıb

Belarus sərhədçiləri Latviya ilə sərhəddə huşsuz vəziyyətdə əcnəbi qadın tapıblar.

Bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

"Mayın 4-də günorta saatlarında Belarus sərhədçiləri Braslav vilayətində Latviya sərhəd hasarının yaxınlığında əcnəbi qadın aşkar ediblər. Afrikalı görünüşlü bir qız yerdə huşsuz vəziyyətdə uzanıb", - deyə idarənin Telegram kanalında bildirilir.

Baxış zamanı qızın üzərində hər hansı sənəd və ya mobil telefon tapılmadığı bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin tibbi yardım göstərib və təcili yardım çağırıblar.

Mövsüm

Aznews.az