- Qərb
- 17:39
- 959
ABŞ-nin müvəqqəti işlər vəkili Culi Devis Kiyevə gəlib

ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis istefa verən Bridcet Brinkdən ABŞ-nin Ukraynadakı səfiri vəzifəsini icra etmək üçün Kiyevə gəlib.
Bu barədə Böyük Britaniya səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik Kiyevin müvəqqəti işlər vəkilini salamlamaqdan məmnun olduğunu vurğulayıb.
“Ukraynanın yenidənqurma fondu ilə bağlı tarixi razılaşmanın imzalanmasından sonra Devis prezident [Donald] Trampın münaqişəyə son qoymaq və Ukraynada davamlı sülh və firavanlığı təmin etmək siyasətini davam etdirmək üçün kritik bir zamanda Ukraynaya gəlir”, - ABŞ-nin Ukraynadakı səfirliyinin X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi səhifəsində deyilir.
Mövsüm
Aznews.az