FT: Simion Georgeskunu Rumıniyanın baş naziri təyin edə bilər

Prezident seçkilərinin birinci turunda qalib gələn millətçi “Rumınların Birləşməsi Uğrunda Alyans” partiyasının lideri George Simion prezidentliyə keçmiş namizəd Kalin Georgeskunu baş nazir təyin edə bilər.

Bu barədə "Financial Times" (FT) məlumat yayıb.

"Buna görə də prezident kimi mən Konstitusiya Məhkəməsinin üzvlərini, məxfi xidmət orqanlarının üzvlərini dəyişə bilərəm, beləliklə, ədalətli seçkilərə zəmanət verə bilərəm və parlamentdə çoxluq tapmaq üçün vasitəçi ola bilərəm. Biz onu (Calin Georgescu – Red.) baş nazir kimi belə təsəvvür edə bilərik", - Simion deyib.

Mövsüm

Aznews.az