Nyu-Yorkda güclü qasırğa nəticəsində 3 nəfər ölüb

ABŞ-nin Nyu-York şəhərinin mərkəzində güclü yağışlarla müşayiət olunan şiddətli tufan nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub.

Bu barədə "The New York Times" ( NYT ) məlumat yayıb .

Oneido qraflığının şerif ofisi bildirib ki, qəzalar iki ayrı ağacın aşması nəticəsində baş verib.

Nəşr qeyd edib ki, leysan o qədər güclü olub ki, Çenanqo qraflığında altı saatdan artıq daşqın fövqəladə halı davam edib və Oneida qraflığında 300 mindən çox insan fırtına səbəbindən işıqsız qalıb.

Mövsüm

Aznews.az