- Qərb
- 02:04
- 863
Britaniya hökumətində istefa böhranı dərinləşir Starmer hakimiyyəti çatlayır?
Britaniya hökumətində Baş nazir Keir Starmerin gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Məlumata görə, nazirlər son saatlarda "10 Downing Streetə" gedərək müxtəlif mövqelər sərgiləyiblər. Onlardan bəziləri baş naziri dəstəkləməyə çalışsa da, digərləri partiyanın liderlik yarışına sürüklənməsindən və bunun nəticələrinin qeyri-müəyyən olmasından ciddi narahatlıq keçirirlər.
Eyni zamanda, bəzi kabinet üzvlərinin Keir Starmerlə görüşərək ona parlamentdəki partiya üzvlərinin əhvalını nəzərə almağı tövsiyə etdiyi bildirilir.
Mənbələrin sözlərinə görə, istefasını tələb edən deputatların sayı gün ərzində artıb və bəzi nazirlər baş nazirin vəzifədən gedəcəyi tarixlə bağlı plan açıqlamasını istəyiblər.
Kabinetin sabah səhər rəsmi toplantı keçirəcəyi gözlənilir. Bildirilir ki, çərşənbə axşamı Britaniya siyasəti üçün olduqca kritik və qeyri-adi gün ola bilər.
Mövsüm,
AzNews.az