Türkiyə-İsrail münasibətləri bərpa tam şəkildə olunur Türkiyə-İsrail münasibətləri bərpa tam şəkildə olunur

Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?

Türkiyə-İsrail münasibətləri bərpa tam şəkildə olunur

Hər iki ölkə qarşılıqlı səfir təyin etmək barədə qərarlar qəbul edib. İsrail-Türkiyə arasında ilk diplomatik münasibətlər 1949-cu ildə qurulub və Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir.

2010, 2013 və 2017-ci illərdə İsrail-Türkiyə arasındakı diplomatik münasibətlər pisləşmişdi.

Bəs Türkiyə-İsrail yaxınlaşmanı və iki ölkə arasındakı diplomatik münasibətlərin bərpasını təmin edən hansı amillər var?

- Azərbaycan-Ermənistan arasındakı 44 günlük müharibə hər iki ölkənin yaxınlaşmasını təmin edən əsas amillərdən biri oldu. Türkiyə və İsrail bu müharibədə Azərbaycanın yanında - eyni cəbhədə yer almışdı.

- Hər iki ölkənin Cənubi Qafqazda ciddi strateji maraqları var, Azərbaycan regionda əsas açar dövlət olduğuna görə Bakı-Ankara, Bakı-Təl-Əviv arasındakı isti münasibətlər Türkiyə-İsrail münasibətlərini də tarixi zərurət olaraq müsbət istiqamətə yönləndirməli idi. Azərbaycan hər iki ölkə arasında müsbət münasibətlərin bərpasında körpü rolunu oynadı.

- ABŞ-ın keçmiş prezidenti D.Tramp İsrail-Türkiyə münasibətlərinin bərpası üçün ciddi işlər həyata keçirdi

- İranın regionda təhdidləri artır, Tehran bölgədə təhlükəsizliyə əsas təhdid kimi daha da aqressivləşir

- İsrailin ərəb ölkələri ilə münasibətlərinin pozitiv platformaya daxil olması üçün əsas ölkə məhz Türkiyədir. Bu, həm də İran amilinə görə İsrail üçün həyati əhəmiyyətlidir.

Ən əsası... İsrail-Türkiyə arasındakı münasibətlər Azərbaycanın İsraildə səfirliyinin açılmasına ciddi töhfə verəcək. Digər tərəfdən, Türkiyənin İsraildəki səfiri həm də Azərbaycanın maraqlarının təmsilçisi kimi ciddi əhəmiyyət kəsb edəcək.

Və nəhayət... İsrail və Türkiyənin Yunanıstan və "Həmas"la bağlı mövqelərinə ciddi baxış keçirəcəkləri şübhə doğurmur.

Samir Feyruzov