Bakıda ağır qəza törətdiyinə görə vəzifədən azad edilən polislə bağlı yayımladığımız xəbərə Daxili İşlər Nazirliyindən reaksiya verilib. Bakıda ağır qəza törətdiyinə görə vəzifədən azad edilən polislə bağlı yayımladığımız xəbərə Daxili İşlər Nazirliyindən reaksiya verilib.

DİN-dən ağır qəza törədən polislə bağlı - Açıqlama

Bakıda ağır qəza törətdiyinə görə vəzifədən azad edilən polislə bağlı yayımladığımız xəbərə Daxili İşlər Nazirliyindən reaksiya verilib.


Qurumun Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzNews.az-a bildirib ki, həqiqətən noyabrın 6-da səhərə yaxın 10 YP 442 nömrəli yol polisi avtomobili ilə "Ford" markalı mikroavtobusla toqquşub: "Yazı yayımlanandan sonra məsələ ilə bağlı araşdırma apardıq və fakt təsdiqini tapdı. Məlum oldu ki, Zaur Rzayevin idarə etdiyi 10 YP 442 nömrəli yol polisi avtomobili ilə Nəsimi rayon ərazisində "Ford" markalı mikroavtobusla toqquşub. Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlar araşdırma aparıblar və həmin əməkdaşın xidməti qəbahətə yol verdiyi müəyyən edildikdən sonra materiallar araşdırılması üçün prokurorluğa göndərilib.
Prokurorluqda da polisin gəldiyi qənaət təsdiqlənib. Bundan sonra isə həmin polis əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bu, bir daha təsdiq edir ki, tutduğu vəzfədən aslı olmayaraq, hər hansı polis əməkdaşının xidməti qəbahətə yol verdiyi araşdırma nəticəsində öz təsdiqini tapırsa, həmin şəxs barəsində rəhbərlik tərəfindən qanunun tələblərinə uyğun olaraq ciddi şəkildə ölçü götürülür".

O.Mansurzadə onu da vurğulayıb ki, qəza nəticəsində heç də yazıda qeyd edildiyi kimi, 9 nəfər xəsarət almayıb: "Yazıda xəsarət alanlarla bağlı rəqəm şişirdilib. Qəza nəticəsində 9 deyil, 3 nəfər yüngül dərəcəli xəsarət alıb".

Sözü gedən yazının tamını BURADAN oxuya bilərsiniz.