- Hadisə
- 22 Aprel 22:14
- 5 174
Ödənişli yolda qəza baş verib, xəsarət alanlar var
![](https://www.aznews.az/storage/2024/01/04/qeza__8_.jpg)
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Aznews.az xəbər verir ki, "KİA" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan beş nəfərdən 4 nəfəri - Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-ci il təvəllüdlu Makiyeva Elena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göycay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.