- Hadisə
- 16:21
- 603
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb
Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.