• Toplum
  • 21 Aprel 14:23
  •  4 343

Hacıqabuldakı yol qəzasında səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların sayı məlum olub.

Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

13:29

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.