Yunanıstan otellərinə gəlmək istəyən turistlərin sayı sutka ərzində 50 minə yaxın enib. Yunanıstan otellərinə gəlmək istəyən turistlərin sayı sutka ərzində 50 minə yaxın enib.

Yunanıstanda 50 minlik itki - Turistlərin sayı kəskin azaldı

Yunanıstan otellərinə gəlmək istəyən turistlərin sayı sutka ərzində 50 minə yaxın enib.



b>AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yerli turizm şirkətinin nümayəndəsi Andreas Andreadisə istinadən yayıb.

Onun sözlərinə görə, belə tendensiya davam edərsə, turizm sahəsində əmək bazarı ciddi ziyan görəcək.

Yunanlar da ölkədə böhranla əlaqədar istirahətə daha az xərcləməyə başlayıb.

Bəzi ekspertlər ehtiyat edir ki, kütləvi ödənişlər edilməməsindən restoranlar məhsul almaqda çətinlik çəkə bilər.

Turistlər, həmçinin Yunanıstanda bank kartlarından istifadə edə bilmədiklərini deyir.

Hazırda Yunanıstan vətəndaşları üçün gündəlik hesabdan yalnız 60 avro çıxarmaq məhdudiyyəti var, lakin bu xarici turistlərə aid deyil.