19:38
(077) 610-22-33

Bakıda lombarddan kredit götürənlər qızıllarını ala bilmir

  • >
3 732 14 May 2017 18:23 | Cəmiyyət

Bakıda bir neçə nəfər polisə müraciət edərək Sarayevo küçəsi 13 ünvanında yerləşən lombarddan şikayət ediblər.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Təranə Əsgərova və Azər Atamov adlı iki vətəndaş Xətai rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, müvafiq olaraq həmin lombarda 31 və 188 qram qızıl qoyaraq 500 və 2500 manat pul götürüblər. Onlar pulu nəzərdə tutulan vaxtda qaytardıqlarını, lakin qarşı tərəfin qızılları geri vermədiyini deyiblər.

Hər iki müraciət əsasında araşdırma aparılır.

Bağla X