Quterreş BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının ərazisinə hücumu pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş işğal altındakı Şərqi Qüdsdə israilli ekstremistlərin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki Baş Qərargahının ətrafını yandırdığı hücumu pisləyib.

Bu barədə Quterreş X sosial media hesabında qeyd edib.

“Şərqi Qüdsdəki UNRWA qərargahına hücumu pisləyirəm”,-deyə paylaşımda bildirilib.

Quterreş humanitar yardım işçiləri və obyektlərinin hədəf alınmasının qəbuledilməz olduğunu bildirib və buna son qoyulmalı olduğunu vurğulayıb.

Mövsüm

Aznews.az