Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar. Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

Dərsə hicablı tələbələr buraxılmır - Rektor təsdiqlədi

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

AzNews.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı universitetin direktoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik".

Rektor bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır.

"Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”