10:57
(077) 610-22-33

Aybəniz Haşımova şəhid həyat yoldaşından danışdı

  • >
351 13 Yanvar 2014 11:51 | Cəmiyyət


Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə mərhum həyat yoldaşı haqda xatirələrini bölüşüb.


AzNews.az xəbər verir ki, mərhum qızı Aynişanın ayaqlarından öpürmüş:

"Aynişan dünyaya hələ gəlməmişdi. Atasına həmişə deyirdim ki, kaş övladımızın gözləri sənə bənzəsin. Hər zaman o da deyirdi ki, sənə bənzəməyini istəyirəm. Bir gün övladımız oldu. Aman Allah, insan da bu qədər övladını sevərdimi? İnanın, ayaqlarının altından öpürdü, balasını duz kimi yalayırdı. Balamız çox körpə olsa da, əlləri, ayaqları sanki atasının idi. İnsan da bu qədər bənzəyərmi? Hər zaman "sənə atan qurban olsun" deyərdi. Qurban oldu. Amma bu dəfə tək balasına yox, həm də vətəninə qurban oldu. Mən isə hamısına qurban oldum".

Xatırladaq ki, A.Haşımovanın həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Bahar
AzNews.az
Bağla X