05:08
(077) 610-22-33

Nərimanovda açıq dərs- Foto

  • >
407 4 Mart 2014 16:10 | Cəmiyyət

Bu gün müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev Mərkəzində "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda növbəti aşıq dərslərin tədrisi davam etdirilib.

AzNews.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən öncədən hazırlanmış tövsiyələr və tezislər əsasında təşkil edilmiş açıq dərslər zamanı bildirilib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, iqtisadi və siyasi sabitliyə nail olunub. Respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, Azərbaycanda hüquqi və demokratik dövlət, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı və digər məsələlər barədə ətraflı məlumat verilib, həmçinin qeyd edilib ki, Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi inkişaf strategiyası hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın da iştirak etdiyi açıq dərslərdə Nərimanov rayonu ərazisində yerləşən 34 və 304 nömrəli tam orta məktəblərin XI sinif şagirdləri iştirak ediblər.

Məktəblilər açıq dərslərdə Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən videoçarxı izləmiş, eksponatlar, foto və kitablarla tanış olublar.

AzNews.az
Bağla X