16:50
(077) 610-22-33

İcra başçısı Lider TV-nin əməkdaşlarını təhqir etdi

  • >
1 916 27 Mart 2014 13:35 | Cəmiyyət

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov Quzanlıda uşaqlar üçün salınmış futbol meydançasının sökülməsinə aydınlıq gətirib.

İcra başçısı N.Sadıqov publika.az-a açıqlamasında deyib: "Kimsə gedib avara yazılar yazır ki, guya biz yeyib-dağıdırıq. Bütün bunlar köhnə dövrdən qalmış metodlardır. Orada kiçik voleybol oynanılan yer sökülüb. Biz stadionu söküb materialını satmamışıq ki? Məsələ belədir ki, həmin stadion balaca yerdir. Ancaq onun yerində gözəl məktəb tikilir. Daha sonra böyük stadion tikiləcək. Bunlar artıq layihə də təsdiq olunub. O yerdə möhtəşəm bir stadion tikilir".

Xatırladaq ki, Ağdamın Quzanlı qəsəbəsində uşaqlar üçün 3 ay əvvəl salınmış futbol meydançası sökülməsi ilə bağlı reportaj Lider TV-də yayımlanmışdı.



AzNews.az
Bağla X