04:43
(077) 610-22-33

Hacı Nuran: “Ən isti varlıq günəşdir“

  • >
1 467 17 Aprel 2014 10:58 | Cəmiyyət

Almaniyada müalicə olunan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov tanınmaz hala düşüb. AzNews.az xəbər verir ki, teleaparıcı Facebook səhifəsində paylaşdığı fotoya belə bir şərh yazıb:

"Mənə elə gəlir ki, ən isti varlıq günəşdir. Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəş istisi onun yanında zəif görünür. Bir fərq də var. Həqiqi dost istisindən yanmaq olmur. Xəstə olduğum birinci gündən mənə dəstək olan, ziyarətimə gələn uşaqlıq dostum Hacı Nazim Fərzalıyev oldu. Deməyə söz tapmıram. Allah səni hər zaman qorusun. Gəlişin məni yenə çox sevindirdi. Allah səni sevindirsin".
Qeyd edək ki, "Xeyir körpüsü", "Mərhəmət sorağında" kimi xeyriyyə proqramlarının aparıcısı olmuş Hacı Nuran ağ ciyər xərçəngindən əziyyət çəkir.

İntiqam
AzNews.az
Bağla X