01:01
(077) 610-22-33

İTV-nin qalmaqallı departament müdiri sayt rəhbəri oldu

  • >
3 334 25 Avqust 2014 15:40 | Cəmiyyət

Azərbaycanda internet media ailəsinə yeni bir sayt daxil olur.


AzNews.az-ın məlumatına görə, "Analitik.az" xəbər saytı ölkəmizdə və dünyada baş verən proseslərə dair xəbərləri, müxtəlif mövzularla bağlı araşdırma və analitik yazıları, şərhləri, müraciətləri, mütəxəssis rəylərinin ünvanı olacaq.

Bugünkü Azərbaycanda yazılı və elektron KİV-lərin bolluğunda, xüsusən, hüquqi maarifləndirmə sahəsində mövcud boşluğu doldurmaq saytın əsas məqsədlərindən biridir.

Bu məqsədlə saytın əsas bölmələrindən biri e-consulting fəaliyyət göstərir.

Oxuculardan elektron qaydada gələn sualları saytın tərəfdaşlıq etdiyi hüquq şirkətlərinin əməkdaşları operativ qaydada cavablandıracaqlar. Saytda, həmçinin, gündəlik baş verən hadisələrə dair hüquqi rəylər, mətbuat üçün xülasələr hazırlanaraq yayımlanacaq.

lawyers.az bölməsi isə hüquqşünasların peşəkar virtual klubu kimi fəaliyyət göstərməklə yanaşı burada oxuculara peşəkar vəkillər, praktiki hüquq xidməti göstərən şəxslər, o cümlədən hüquq sahəsində tanınmış alimlər və araşdırmaçılar haqqında ətraflı məlumat veriləcək.

Yeni saytın rəhbəri tanınmış jurnalist Mehparə Quliyevadır.
Mehparə Quliyeva müxtəlif yazılı mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada aparıcı, böyük redaktor, xəbərlər və ictimai-siyasi verilişlər Departamentinin direktoru vəzifələrində çalışıb.

Xatırladaq ki, Mehparə Quliyeva bundan əvvəl İctimai Televiziyada İnformasiya Departamentinin müdiri vəzifəsində çalışıb. Həmin vaxt o, qalmaqalla yadda qalmışdı. Kanal rəhbərliyi ilə aralarında olan problem səbəbindən sonra Mehparə Quliyevanın heç bir rəsmi qərar olmadan səlahiyyəti əlindən alınmışdı.

Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı aralarında yaranan problem olmuşdu.
Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilmişdi.

Azər
AzNews.az
Bağla X