14:16
(077) 610-22-33

Müharibədən zərər çəkənlər üçün dərzilik kursları açılıb

  • >
533 17 Sentyabr 2012 13:29 | Cəmiyyət

"Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kursları açıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk 4 qrupda dərslər yekunlaşıb.

Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim edilib. Hazırda dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Ümumilikdə kurslara 60 nəfər cəlb edilib.

Qeyd edək ki, "Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili" layihəsinin 6 ay müddətində icra edilməsi nəzərdə tutulub.

Bahar
AzNews.az
Bağla X