08:59
(077) 610-22-33

Aşıq Ələsgər bu gün vəfat edib – 89 il öncə

  • >
4 039 7 Mart 2015 09:17 | Cəmiyyət

Tarixdə bu gün: 7 mart



Tarixdə bu gün martın 7-də Salman Rüşdinin "Şeytan ayələri" kitabına görə İran Böyük Britaniya ilə diplomatik əlaqələrini kəsib, Napoleon Bonapart Kraon döyüşündə Blyuxerin rəhbərliyindəki rus diviziyaları üzərində qələbə qazanıb, Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib.

1814 - Napoleon Bonapart Kraon döyüşündə Blyuxerin rəhbərliyindəki rus diviziyaları üzərində qələbə qazanıb.

1908 - Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Salam Əbdülqasım oğlu Salamzadə anadan olub.

1911 - Sovet dövlət xadimi Nikolay Baybakov (1911-2008) Bakıda anadan olub. Sabunçu kəndində neftçi ailəsində doğulan Baybakov 40-50-ci illərdə SSRİ-nin neft sənayesi naziri olub, uzun müddət (1965-1985) SSRİ Nazirlər Soveti sədrinin müavini işləyib.

1920 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib. Bundan öncəki iki notaya cavab olaraq (yanvar-fevral) Cümhuriyyət hökuməti bəyan etmişdi ki, belə bir tərəfdaşlıq üçün əvvəlcə bolşevik Rusiyası Azərbaycanın müstəqilliyini tanımalıdır.

1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa, 1924-1993) anadan olub. "Qumsallıqda qadın", "Özgə sifət" və s. romanların müəllifidir.

1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) anadan olub.

1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Uzun ömür sürən, həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar elə doğulduğu kənddə vəfat edib.

1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.

1941 - "Brillyant əl", "12 stul", "Avtomobildən qorun", "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmlərində rol alan məşhur aktyor, Rusiyanın Xalq artisti Andrey Aleksandroviç Mironov anadan olub.

1945 - Amerikanın fantast yazıçısı Elizabet Mun anadan olub.

1966 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli (1966-1992) anadan olub.

1966 - Ərzurum və Muşda baş verən zəlzələlər nəticəsində 15 nəfər ölüb, 25 nəfər yaralanıb.

1967 - Sov.İKP MK-nın qərarı ilə SSRİ-də beşgünlük iş həftəsinə keçilib.

1977 - Pakistanda seçkiləri Zülfüqar Əli Bhutto qazanıb.

1979 - Türkiyə ilə SSRİ arasında neft sazişi imzalanıb.

1989 - Salman Rüşdinin "Şeytan ayələri" kitabına görə İran Böyük Britaniya ilə diplomatik əlaqələrini kəsib.

1990 - SSRİ Ali Soveti "Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyət və regionda şəraitin normallaşdırılması tədbirləri haqqında" qərar qəbul edib.

1991 - Azərbaycanın Ali Soveti SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendumda (17 mart 1991) iştirak məsələsini müzakirə edib. Parlamentin kommunist çoxluğu (səsvermədə iştirak edən 303 deputatdan 254-ü) referendumun lehinə səs verib. Bu qərarın əleyhinə 43 deputat (onların arasında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də vardı) səs verib, 6 nəfər bitərəf qalıb. Saxtalaşdırılmış referendumdan sonra Mütəllibov iqtidarı Azərbaycan xalqının 90 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu barədə Moskvaya hesabat verib.
Bağla X