Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn bu gün Əjdərbəy məscidində olub. Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn bu gün Əjdərbəy məscidində olub.

Pakistan Prezidenti Əjdərbəy məscidində oldu - FOTOLAR

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn bu gün Əjdərbəy məscidində olub.



AZNEWS.AZ xəbər verir ki, o, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Allahşükür Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.

Şeyxülislam vurğulayıb ki, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Prezident Məmnun Hüseyn Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.
image description image description