Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, telefon əlaqəsi zamanı tərəflər “Türk axını” təbii qaz kəməri layihəsi bağlı müzakirələr aparıblar.

“Rusiya Türkiyə ərazisindən keçməklə təbii qazı Cənubi və Cənub-şərqi Avropaya tədarük etməyə hazırdır. Bu məsələdə tərəfkeşlərin marağı var” deyə Putin qeyd edib.

Putin Ərdoğana dərin sularda boruların çəkilməsinə başlanıldığını da söyləyib. Rusiya prezidenti layihə ilə bağlı müqavilənin ötən ilin sentyabrında imzalandığını xatırladaraq deyib: “7 aylıq bir prosesin ardından tikinti işlərinə başlanıldı. Türkiyə-Rusiya əməkdaşlığının səviyyəsi bir çox ölkələr arasındakı münasibətdən daha yüksəkdir. Başqa ölkələrdə bürokratik işlər illərlə görülür. Türkiyə ilə bu prosesi bir neçə aya başa çatdırırq. Əlbəttə, bu, sizin dəstəyiniz nəticəsində reallaşır”.

Rusiya prezidenti qeyd edib ki, təbii qaz kəmərinin birinci xətti 2018-ci ildə, ikinci isə 2019-cu ilin sonuna hazır olmalıdır: “Biz işlərimizi bu sürətlə davam etdirsək, nəzərdə tutduğumuz planı vaxtına yerinə yetirəcəyik”.

Putin Türkiyədə tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının ilk blokunun nəzərədə tutulan tarixə qədər təqdim edəcəyik.

“Hazırda bizim maraqlar tamamilə üst-üstə düşür. Sizi əmin edirəm ki, sizin maraqlarınızı layiqincə təmsil edəcəyik ”- deyə Ərdoğan vurğulayıb.

AzNews.az