02:37
(077) 610-22-33

Şeyx Nəsrullahın erotik müğənni ilə evlilik QALMAQALI

  • >
507 13 Fevral 2013 16:00 | Dünya

Livanın adı qalmaqallarda hallandırılan pop müğənnisi, Livanın gözəllik kraliçası Vəhbi Heybi “Hizbullah”ın lideri, evli və 5 uşaq atası Həsən Nəsrulla ilə evlənib



"Al Arabiya"nın verdiyi məlumata görə, 52 yaşlı Nəsrulla müğənni ilə hələ bir neçə il əvvəl evləndikdən sonra heç kəsin tanımadığı gənc qız qısa zamanda Yaxın Şərqdə məşhurlaşıb. Gənc müğənninin "Hizbullah" liderinin xarizma, müdrüklük və antiisrail mövqeyinə görə seçdiyi bildirilir.

Ancaq müğənni özü barədə yayılan məlumatları təkzib edib. O bildirib ki, evlilik barədə şayiələr 2010-cu ildə mətbuata verdiyi müsahibələrdən birində səsləndirdiyi fikirlərlə əlaqədar yaranıb. Həmin müsahibədə Heybi onun ürəyinin çırpıntısına səbəb olan yeganə kişinin Həsrullah olduğunu bildirib. Ancaq Heybi bu sözlərindən Nəsrullahla evlənmək istəməsi kimi bir qənaətin çıxmasından narahat olduğunu dilə gətirib: "Mən Nəsrullaha ərə getməmişəm, ancaq ona böyük hörmətim var. Görərsiniz, gələn dəfə mənim adımı Obama ilə birlikdə çəkəcəklər".

Məlumat üçün bildirək ki, açıq-saçıq geyimləri və musiqisi ilə daim gündəmdə olan müğənnini barəsində "səsi ilə yox, bədəni ilə oxuyur" ifadəsi işlədilir.

Elnarə
Aznews.az

Bağla X