Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində çıxardığı impiçment qərarından sonra istefa verib. Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində çıxardığı impiçment qərarından sonra istefa verib.

Muqabe istefa verdi

Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində çıxardığı impiçment qərarından sonra istefa verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Reuters-ə parlamentin spikeri açıqlama verib.

Daha əvvəl parlament Muqabeyə istefa verməsi üçün 24 saat vaxt vermişdi. Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyası 93 yaşlı prezidentə əgər istefa verməzsə, impiçment prosedurunu başladacağı ilə bağlı xəbərdarlıq da etmişdi.