00:27
(077) 610-22-33

Yeganə qadın əsgər qaçırıldı və …

  • >
328 15 May 2013 07:10 | Dünya

Hindistan tarixində yeganə qadın əsgər olan Şanti Tiqqa intihar edib. 2011-ci ildən etibarən ordu sıralarına cəlb olunan Tiqqanın başına bir çox macəralar gəlib. Belə ki, ötən həftə 37 yaşlı qadın Cənubi Benqaliya ştatında xəstəxanaya yerləşdirilib. Buna səbəb qadının naməlum şəxslər tərəfindən oğurlanması olub. Qaçırıldıqdan bir neçə gün sonra tərk edilən qadın təcili olaraq xəstəxanaya yerləşdirilib. Tiqqanın intiharına da məhz başına gələn bu olayın səbəb olması ehtimal edilir.

Şanti Tiqqa hərbi xidmətə 50 metr məsafəni 12 saniyəyə qaçdıqdan sonra qəbul edilmişdi. Ona qədər Hindistanda qadınlar ancaq qeyri-döyüş birləşmələrinə xidmət edə bilərdilər.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X