48 girov iranlıdan 3-ü öldürüldü


Suriyada Avqust ayının 4-də girov götürülmüş 48 iranlıdan 3 qətlə yetrilib. AzNews.az euronews.com saytına istinadən xəbər verir ki, iranlılar onların sığındıqları binaya endirilən aviazərbə nəticəsində qətlə yetiriliblər. Bundan əlavə silahlı müxalifət xəbərdarlıq edib ki, hökumət 1 saat ərzində ağır artirelaya hücumlarını dayandırmasa onlar digər iranlıları da qətlə yetirəcəklər.
Qeyd edək ki, 48 iranlı paytaxt Dəməşqdə Avqust ayının 4-də oğurlanmışdı. İranın Suriyadakı səfirliyi faktı təsdiqləmiş və bildirmişdi ki, İran vətəndaşları oteldən Sit-Zeynəb məscidini ziyərət etməyə gedərkən oğurlanıblar.
Suriya silahlı müxalifəti isə iddia edir ki, onlar zəvvar yox İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləridir və Əsəd rejiminə dəsdək məqsədiylə ölkəyə gəliblər.

Sadiq
AzNews.az

Copyright © 2024