19:19
(077) 610-22-33

Suriyanın XİN rəhbəri:“Baş verənlərin arxasında ABŞ dayanır, qalanları isə sadəcə alətdir”

  • >
670 28 Avqust 2012 14:44 | Dünya

“60 faiz zorakılığı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları tərəfindən törədilir”



Suriyanın Xarici İşlər naziri Valid Muallem xarici jurnalistlərə ilk müsahibəsini verib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Suriyanın Xarici İşlər naziri Britaniyanın "independent" qəzetinə müsahibəsində Amerika Birləşmiş Ştatlarının ünvanına tənqidi fikirlər səsləndirib.

O, bildirib ki, bu gün Suriyada baş verənlərin arxasında ABŞ dayanır. "Mən avropalılardan soruşuram: Suriya xalqı naminə şüarınızı necə başa düşək ki, siz həmin xalqın əleyhinə 17 qətnamə qəbul etmədinizmi? Mən Amerkanlardan soruşuram: Siz yaxşı bilirsiniz Amerika Əfqanıstanda və Somalidə nələr etdi. Bəs onda sizin beynəlxalq terrorizmlə mübarizə ilə bağlı çağırışlarınızı necə başa düşək ki, siz bizim ölkədə terrorçuları dəstəkləyirsiniz".

O, həmçinin əlavə edib ki, ölkədə vətəndaş müharibəsi yox, xaricilərlə suriyalılar arasında müharibə gedir. "60 faiz halda zorakılıq Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları tərəfindən törədilir, hansı ki, bu dövlətlər ABŞ-ın göstərişi ilə hərəkət edirlər. Amerkanlar deyirlər ki, onlar müxalifləri müasir telekommunikasiya vasitələri ilə təmin edirlər. Bu o demək deyil ki, onlar müxalifəti maliyyələşdirirlər? ABŞ 25 milyon dollar silahlı müxalifətə yardım ayırdı. Hələ körfəz ölkələri tərəfindən edilən yardımlar bundan az deyil."
Suriyanın Xarici İşlər naziri həmçinin İran məsələsinə də toxunub və bildirib ki, "Suriyanın başına gətirilənlər İrana qarşı yaxşı mövqe əldə etmək üçün edilir. ABŞ Suriyadan sonra İrana daha rahat müdaxilə etmək imkanı qazanacaq".

Sadiq
AzNews.az
Bağla X