10:26
(077) 610-22-33

Gəncədə 22 yaşlı qızı maşın vurub

  • >
773 31 Mart 2014 18:32 | Hadisə

Gəncədə yolu keçmək istəyən 22 yaşlı qız avtomobil tərəfindən vurulub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Təbriz küçəsində baş verib.

1992-ci il təvəllüdlü şəhər sakini, Qurbanova Səriyyə yolu keçmək istəyərkən, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Sakit Hüseynovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AzNews.az
Bağla X