Qarabağ döyüşlərinin qəhrəmanı vəfat etdi


Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan müharibənin məşhur döyüşçülərindən olan Bayram Bayramov dünyasını dəyişib.

AzNews.az-ın məlumatına görə, 1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş döyüşçü 123-cü alayın kəşfiyyat bölüyünün komandiri olub. Ali təhsilini Minskdə alan Bayram ermənilərin torpaqlarımıza işğalçılıq niyyətinin qarşısını almaq üçün döyüşlərə qatılıb. Qarabağ döyüşləri zamanı bir sıra şücaətlər göstərmiş Bayram komandirlik etdiyi bölüklə Laçında göstərdiyi qəhrəmanlıq nümunəsi bu gün də ermənilərin və həmin döyüşlərdə mənfur düşmənlərimizə yardım edən rus hərbçilərinin yaddından çıxmayıb. Həmin döyüşdə Bayramın kəşfiyyatçıları Ermənistanın "Artsiv" taborunun 1 bölüyünü darmadağın edərək 35 nəfəri məhv etmiş, 20 nəfəri isə əsir götürmüşdür.

Qeyd edək ki, həmin döyüş zamanı Bayramın 24 yaşı var idi. Ömrünün son illərini Moskvada yaşayan Bayram Bayramovun yaxınlarını bildirdiyinə görə keçmiş döyüşçü infarktdan vəfat edib.




İntiqam
AzNews.az