02:07
(077) 610-22-33

Erməni hakerlər daha bir Azərbaycan saytını dağıtdı

  • >
810 7 Avqust 2014 10:26 | Hadisə

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi saytı erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum olunub. Bu müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər ) silinməsi və tam yox olması ilə nəticələnib.

Bu barədə Modern.az saytına Azərbaycan Qızıl Aypara Cəmiyyətindən məlumat veriblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranmış vəziyyətdən narahat olduğu halda səhifənin bərpa olunması üzərində təcili olaraq işləyir. AzQAC Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayıb, bu problemin aradan qaldırılması üçün köməklik edilməsini xahiş edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini bərpa edib.

Bu bir daha sübut edir ki, Erməni tərəfi humanitar dəyərlərə məhəl qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın rəsmi saytına hücüm etmək bunu deməyə əsas verir.

AzNews.az
Bağla X