04:08
(077) 610-22-33

Bakıda döyüş sursatı aşkarlandı

  • >
318 18 Avqust 2014 19:46 | Hadisə

Bakının Nəsimi rayonunda döyüş sursatı aşkar olunub. AzNews.az saytı xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Dərha nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirib. Müəyyən olunub ki, bunlar 1 ədəd LQ-42 markalı əl qumbarası, 1 ədəd trotil şaşkası və 51 santimetr detonasiya qaytanıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

AzNews.az
Bağla X