02:17
(077) 610-22-33

Bakının zibilə düşmüş küçələri - FOTOLAR

  • >
1 853 30 Avqust 2014 09:50 | Hadisə

Bakının mərkəzi küçələrində axşam saatlarında zibil əlindən tərpənmək olmur.


AzNews.az xəbər verir ki, belə hallara daha çox Bakının Nəsimi və Səbail rayonlarının mərkəzi küçələrində rast gəlinir.

Paytaxt sakinləri çox zaman bu ərazilərdə fəaliyyət göstərən obyektlərin keçəyə atdıqları tullantılar üzərindən addımlamalı olurlar. Hələ bu azmış kimi, bu tullantıları təmizləməyə borclu olan qurumlar, bizi zibil qalıqlarının yaratdığı üfunəti ciyərimizə çəkmək məcburiyyətində də qoyurlar.

Bu mənzərəyə mağazaların sıx olduğu küçələrdə daha çox rast gəlinir. Mağazalar zibil qutusu kimi ya küçə kənarlarını, ya da ən yaxşı halda yaxınlıqdakı ağacların qazonla örtülmüş diblərindən istifadə edirlər.

AzNews.az-ın kamerasına tuş gələn bəzi görüntüləri təqdim edirik:















AzNews.az
Bağla X