19:00
(077) 610-22-33

Bakıda dəhşətli qəza- minik maşını qatarla toqquşdu

  • >
978 24 Sentyabr 2014 07:23 | Hadisə

Bu gecə saat 04:00 radələrində Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri anspress-in "qaynar xətti"nə bildiriblər.

Bildirilib ki, Keşlə qəsəbəsi, "Şanxay" adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb.

Qəsəbə sakini Ceyhun Rzayevin anspress-ə verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu və elektrik dirəkləri sıradan çıxıb. Hadisə nəticəsində insanlar vahiməyə düşərək çölə axışıblar.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov anspress-ə faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib.

"Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb", - deyə Nadir Əzməmmədov bildirib.
Bağla X