08:29
(077) 610-22-33

Toğrul Əsgərov olimpiya çempionu oldu - Yenilənib

  • >
1 490 11 Avqust 2012 21:08 | İdman

Bu dəqiqələrdə sərbəst güləş yığmamızın idmançısı Toğrul Əsgərov qızıl medal qazandı.O, olimpia çempionu oldu.


***

23:20


19 yaşlı T. Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu B. Kuduxovu ilk hissədə 1:0 hesabı ilə məğlub edib. Ardınca rusiyalı idmançı bunun revanşını almaq istəsə də, Əsgərov onu bu dəfə də peşman edib. İkinci hissədə Toqrul Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb. Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib.

Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib. Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.

Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.


Emin

AzNews.az


Bağla X