21:24
(077) 610-22-33

Portuqalların Azərbaycan marağı

  • >
454 10 Sentyabr 2012 09:11 | İdman

AzNews.az xəbər verir ki, futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına bilet satışı gözlənildiyindən uğurla davam edir. Portuqaliya mediası qarşılaşmaya bu günədək 21 min biletin satıldığını yazıb.

Yerli idman jurnalistləri oyunadək bütün biletlərin satılacağını ehtimal edərək, oyuna marağın böyük olduğunu qeyd edirlər.

Xatırladaq ki, qarşılaşma sentyabrın 11-də AXA stadionunda keçiriləcək. Adıçəkilən arena 30 286 azarkeş tutumuna malikdir.

Elxan
AzNews.az
Bağla X