13:17
(077) 610-22-33

Türmədən çıxandan 55 dəqiqə sonra bank yardı

  • >
902 3 Dekabr 2012 22:52 | Maraqlı

Seksual xarakterli hərəkətlərinə görə cəza çəkən və yenicə türmədən çıxmış amerikalı Kristofer Franklin Uiver azadlığa qovuşduqdan düz 55 dəqiqə sonra yeni bir cinayətlə adını "tarixə" yazdırıb.

Cəzaçəkmə müəssisəsinə ayrılan maliyyə vəsaiti azaldıldığından, türmədə saxlanan 500 məhbusdan cəmi 135-nin cəzasının qalan müddətini çəkəcəyinə dair qərar qəbul edilib. Qalan 365 məhbus azadlığa buraxılıb. Həmin 365 nəfərin arasında olan Kristofer azadlığa qovuşduqdan 55 dəqiqə sonra "Pacific Continental Bank"-ı yarıb və elə cinayəti törətdiyi gün də yenidən türməyə qayıtmalı olub.

Onun oğurladığı pulun məbləği açıqlanmır.

İnci
AzNews.az
Bağla X