03:48
(077) 610-22-33

Qeyri-adi təbiət hadisəsi - 5,2 kiloqramlıq turp

  • >
429 7 Yanvar 2014 19:31 | Maraqlı

Cəlilabad rayonunda 5,2 kiloqramlıq turp çıxarılıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Elçin Nuruyevin əkin sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Topaq sahəsində 3 ay öncə turp əkən E.Nuriyev bir neçə gün əvvəl məhsul yığımına başlayıb. Turp çıxaran zaman belin topağın altında nəyəsə ilişdiyini hiss edən kəndli həmin ərazini qazmağa başlayıb. Elə bu vaxt torpağın altındakı maneənin nəhəng turp olduğunu görüb.
E.Nuriyev əvvəlcə yerdən çıxan "bədheybət"in turp olduğunu bilməyib. Bu tapıntıya baxmaq üçün həmkəndlilərini dəvət edib. Birlikdə müəyyən ediblər ki, yerdən çıxan bu məhsul doğrudan da turpdur, amma daha çox çuğundura bənzəyir.
Turp çıxarılan zaman hələ bir hissəsi yerdə qalıb. Çıxarılan hissənin çəkisi isə 5 kiloqram 200 qram gəlib. Bu da 100-ə yaxın turpun çəkisinə bərabərdir. Bu turpun üzərində bir yox, üç zoğ birləşməsi var.
Mütəxəssislər hesab edirlər ki, bitkilərdə təsadüfi hallarda rast gəlinən kökün şəklinin dəyişməsi bitki toxumunun düşdüyü münbit şəraitdən asılı olur. Ehtimal olunur ki, turpun toxumları genetik dəyişikliyə məruz qalan toxumlardandır.


AzNews.az
Bağla X