08:27
(077) 610-22-33

Yazıçılar Birliyi qaliblərin adlarını açıqladı

  • >
299 2 Aprel 2013 09:29 | Mədəniyyət

Yazıçılar Biriliyinin təsis etdiyi Ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Bu barədə AzNews.az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.

""Ən yaxşı nəsr əsəri"nə görə Yusif Səmədoğlu mükafatına Etimad Başkeçid və Alpay Azər, "Ən yaxşı poeziya əsəri"nə görə Əli Kərim mükafatına Vaqif Bəhmənli və Mahir Qarayev, "ən yaxşı tənqid və publisistika əsəri"nə görə Yaşar Qarayev mükafatına Vilayət Quliyev və Əsəd Cahangir, "ən yaxşı tərcümə əsəri"nə görə Tofiq Bayram mükafatına Vilayət Hacıyev və Ələkbər Salahzadə, "xarici ölkələrdə Azərbaycanı və ədəbiyyatımızı təbliğ edən ən yaxşı əsərlər"ə görə Nəcəf Nəcəfov mükafatına İmdat Avşar (Türkiyə) və Mixail Sinelnikov (Rusiya) və "Bəxtiyar Vahabzadə adına Türk dünyası ədəbiyyatına xidmət" mükafatı- türkoloq-alim Tofiq Məlikliyə verilib.

Bahar Rüstəmli
AzNews.az

Bağla X