22:19
(077) 610-22-33

Təyyar Bayramov: “Sənətkarların 30 ildə gəldiyi yolu, müsabiqə iştirakçıları 4 aya keçdi”

  • >
589 30 Avqust 2012 12:30 | Mədəniyyət

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova telekanallarda keçirilən müsabiqələrin səviyyəsi ilə bağlı ciddi tənqidi fikirlər söyləyib: "Mən orda iştirak edən uşaqların yerinə olsam, həmin müsabiqələrə getmərəm. Çünki bu müsabiqələr insanda ancaq ruh düşkünlüyü əmələ gətirir. Bir də baxırsan ki, əla səsi olan qaldı kənarda, səsi olmayan yer tutdu".

Muğam müsabiqəsinin iştirakçısı, əməkdar artist Təyyar Bayramov AzNews.az açıqlamasında həmkarı ilə razılaşmadığını dedi: "Mən bilmirəm, Nuriyyə xanım onu hansı mənada deyib? Əgər söhbət muğam müsabiqəsindən gedirsə, onunla qətiyyən razılaşmıram. Nuriyyə xanım gözəl sənətkarımızıdır. Amma keçirilən muğam müsabiqələrindən çıxan və artıq məşhurlaşan uşaqlar var. Onlar elə-belə tanınmayıblar. Görün kimlərin, hansı sənətkarların qarşısında imtahan veriblər? Arif Babayev, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Ramiz Zöhrabov… Belə sənətkarların qarşısında imtahandan yüksək qiymət almağın özü bir xoşbəxtlikdir. Nuriyyə xanımın özü də müsabiqə yolu ilə bu sənətə gəlib".

T. Bayramovun fikrincə, Nuriyyə xanım dedikləri müsabiqədə iştirak edən uşaqların tez məşhurlaşması ilə bağlıdır: "Bilirsiniz, bizim bir bəlamız var. Muğam müsabiqəsinə qatılan uşaqlar tez bir zamanda məşhurlaşdı. Yəni, sənətkarların 30 ildə gəldiyi yolu, müsabiqə iştirakçıları hardasa 4 aya keçdi.

Bahar Rüstəmli
AzNews.az
Bağla X