04:22
(077) 610-22-33

Türkiyə olaylarında İran izi - ŞOK

  • >
159 5 İyun 2013 07:40 | Region

Saxlananlar arasında bu ölkənin agentləri də var




Türkiyədə baş verən etiraz aksiyalarında saxlanan şəxslər arasında əcnəbilər də var. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bunlardan biri iranlı Şayan Şamlodur.

Polis Şamlonun saxlandığı ərazidəki kameraların qeydlərini araşdırıb. Məlum olub ki, həmin şəxs iyunun 2-3-də Ankara Kızılay ve Güvenparkda aksiyaçıları yönləndirib. Görüntülərdən onun tanınmamaq üçün üzünü qapatdığı da məlum olub. Araşdırmalardan daha sonra aydın olub ki, həmin iranlı hadisələrdən əvvəl İstanbula gedərək bəzi şəxslərlə görüşüb.
Bundan başqa digər şəhərlərdə saxlanan aksiyaçılar arasında da 15-ə yaxın əcnəbinin olduğu və onların böyük əksəriyyətini İran vətəndaşı olduğu bildirilir.

Elnarə
AzNews.az
Bağla X