08:07
(077) 610-22-33

Dağıstanın cənub - şərqində fövqəladə vəziyyət elan olundu

  • >
658 10 Noyabr 2013 22:32 | Region


AzNews.az "İNTERFAX"a istinadən xəbər verir ki, bu gün Dağıstanın cənub - şərqində, Tabasaran rayonunda Terror Əleyhinə Əməjiyyat (TƏƏ) rejimi qəbul edilib.
Regionda gizli bandaların üzvləri və havadarlarının müəyyən edilməsi və neytrallaşdırılması istiqamətində tədbirlər görülür.
TƏƏ rejimi bu gün yerli vaxtla 20:00 - dan tətbiq edilməyə başlayıb və nə vaxta qədər davam edəcəyi barədə məlumat verilməyib.
"Qafqaz xəbərləri" internet saytı xəbər verib ki, Dağıstanın Lak rayonunda 3 noyabrda TƏƏ rejimi tətbiq olunub. Elə növbəti gün "Levaşin" qruplaşmasına aid 3 döyüşçü neytrallaşdırılıb. Eləcə də Levaşinski rayonunun Yuxarı Ubeki kəndindən olan polis Xazbula İbrahimovu və kənd sakini Mürşi Kanraevi öldürdüyünə görə federal axtarışda olan qruplaşmanın rəhbəri Xalid Rabadanov da aradan götürülüb.

AzNews.az
Bağla X