07:55
(077) 610-22-33

“Azadlıq üçün heç darıxmadım“

  • >
452 29 May 2013 17:15 | Şou-biznes

Bir müddət əvvəl həbs edilən tanınmış rejissor Aqil M.Quliyev bu gün azadlığa buraxılıb.

Axşam.az-ın məlumatına görə, rejissor hakimlərin qərarı ilə məhkəmə zalından azadlığa buraxılıb. Onun azadlıqdan məhrumetmə cəzası pul cəriməsi ilə əvəzlənib.

Aqil açıqlamasında həbsxana həyatında yaşadıqlarından danışıb:

"Düz 36 gün həbsdə qaldım. Onun 30 gününü bir otaqda yalnız keçirdim. Bu, öz seçimim idi. Yalnız qalıb düşünməyə ehtiyacım var idi. Etiraf edim ki, azadlıq üçün heç darıxmadım. Mobil telefonsuz, internetsiz günlər yaşadım. Oturub düşünməyə, istirahət etməyə vaxtım oldu. Həyat bioqrafiyamı yazdım, gündəlik tutdum. İndi yazdıqlarımı redaktə edib kitab formasında çıxaracağam. Həbsdə olduğum müddətdə başıma gələnləri düşündüm, həyatımı bundan sonra necə yaşayacağımı planlaşdırdım. Hətta yeni layihələr də hazırladım. İndi onların hamısını reallaşdıracağam. İndi azadlıqdayam və işlərimi yenidən qurmağı düşünürəm".

Aqil M. Quliyev həbsdə olduğu müddətdə onu unutmayan dostlarından da danışıb:

"Sənət aləmindən yanıma cəmi üç insan gəldi. "Bu şəhərdə"nin rejissoru Müşviq Abbasov, təşkilatçı Səlahəttin Atalay və rejissor həmkarım Emin Mirabdullayev. Çox sağ olsunlar ki, bu insanlar digərlərindən fərqli olaraq vaxt tapıb məni ziyarət etdilər. Mən şou-biznes nümayəndələri ilə bağlı fikrimi bir daha təsdiqlədim. Onların qabiliyyəti, insanlığı bura qədərdir".

Xatırladaq ki, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə bir müddət əvvəl rejissorun sevgilisi Marianna Turabova adlı şəxsin hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmamasıdır. Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

AzNews.az
Bağla X