03:33
(077) 610-22-33

Əli Mirəliyev: “Mənim xahişimlə Röyaya ad vermədilər”

  • >
2 032 15 Sentyabr 2012 16:01 | Şou-biznes

"Artıq yavaş-yavaş haqq yerini tapır"


"Teymur Əmrahın fəxri ad almasına çox sevindim". Bunu AzNews.az-a açıqlamasında Əli Mirəliyev deyib. O, siyahıdakı adları öyrəndikdən sonra ilk dəfə fəxri adların verilməsindən razı qaldığını, hətta çox sevindiyini bildirib: "Teymur Əmrahın əməkdar ad almasından və lazımsız müğənnilərin bu dəfə bu siyahıda olmamasından çox sevindim. Düzdür yenə də dəxlisiz adlar var idi. Məsələn, Səlim Abbasov, amma buna göz yummaq olar. Görünür, müraciətlərim yerinə düşüb. Rəhbərlər artıq məni başa düşür. Röyanın və bir sıra əvvəldən adı çıxmış müğənnilərin siyahıda olmamasına şad oldum. Artıq yavaş-yavaş haqq yerini tapır. Hələ bu yaxınlarda məni bir layihədə bədii şuraya rəhbər də edəcəklər. Ondan sonra şou-biznesimiz daha da mükəmməl olacaq".

Əminə
AzNews.az
Bağla X