08:26
(077) 610-22-33

Nadir Qafarzadə anası erməni olan bəstəkarın mahnısını ifa edib – VİDEO

  • >
9 295 29 Sentyabr 2012 11:54 | Şou-biznes

“Bu gün ölkəmizdə anası erməni, atası azərbaycanlı olan azdırmı?”



Müğənni Nadir Qafarzadə retro mahnılarını ifa etməkdə davam edir. AzNews.az-a danışan müğənni bildirib ki, "Nazəndə sevgilim, yadıma düşdün" mahnısını yeni aranjimanda ifa edib. O, bu mahnının musiqi müəllifinin adının çəkilməməsinə də aydınlıq gətirib:

"Mahnını yazan bəstəkarın adını çox vaxt demirlər. Həmin bəstəkar zamanında çox mahnılar yazıb: "Dağlarda duman gözəldir", "Bulaq üstə gəzən gözəl" (İlqar Muradov oxuyurdu) və s. Onun "Nazəndə sevgilim, yadıma düşdün" mahnısı bu gün unudulub. Söhbət Andrey Babayevdən gedir. Onun anası erməni, atası azərbaycanlı olduğundan adını çəkmirlər. Amma bu insan Azərbaycan mədəniyyətinə bir çox töhfələr verib. Biz onun mahnılarını oxuya-oxuya adını çəkmirik. Bu gün Azərbaycanda anası erməni, atası azərbaycanlı azdırmı? Ona görə də, onun mahnısını oxuyacağam. Musiqisi Andrey Babayev, sözləri İslam Səfərliyə məxsus olan "Nazəndə sevgilim, yadıma düşdün" mahnısını ifa etmişəm".

N.Qafarzadə onu da qeyd edib ki, adıçəkilən mahnının ilk ifaçısı görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudov olub.



Fuad Mədətov
AzNews.az
Bağla X