Türkiyənin Samsun şəhərində PUA yaşayış evlərinin üzərinə düşdü

Samsun şəhərində pilotsuz uçuş aparatının qəzaya uğraması nəticəsində bir neçə yaşayış evinə ziyan dəyib.

Hadisə Kazım Qarabəkir rayonunda qeydə alınıb. Yerli sakinlər gecə güclü partlayış səsinə oyandıqlarını, küçəyə çıxdıqda isə pilotsuz aparatın qalıqlarını gördüklərini bildiriblər.

Qəza nəticəsində bəzi evlərin dam örtüyü və pəncərələri zədələnib.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Xüsusi xidmət orqanları əlavə dağıntı riskinin olmadığını açıqlayıb.

Türkiyə hakimiyyəti hadisə ilə bağlı rəsmi araşdırmaya başlayıb. İstintaq çərçivəsində pilotsuz aparatın hansı səbəbdən düşdüyü və kimə məxsus olduğu müəyyən ediləcək.