- Paytaxt
- 15:39
- 1 043
Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək
Bolqarıstan Prezidenti İliana Yotova mayın 18-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində iştirak edəcək.
AzNews.az xəbər verir ki, bu barədə Bolqarıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
İliana Yotovanın rəhbərlik etdiyi nümayəndə heyətinə Veliko Tırnovo şəhərinin meri və Bolqarıstan Respublikası Milli Bələdiyyələr Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov da daxildir.