Fransa Prezidenti Makronun vurulduğu iranlı aktrisa kimdir? - VİDEO

"Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricitin şəxsi həyatı ilə bağlı yeni detalların yer aldığı kitab bu ölkənin mediasının gündəmini zəbt edib və İranda da geniş diqqət çəkib".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Bu kitab cütlüyün münasibətlərinin gizli tərəflərini araşdırır və iddia edir ki, ötən il rəsmi səfər zamanı onlar arasında baş verən fiziki qarşıdurma və sərt mübahisə Yelisey sarayının iddia etdiyi kimi "dostyana zarafat" yox, ciddi qısqanclıq böhranının nəticəsi olub, bu böhranın mərkəzində isə məşhur iranlı aktrisa Qolşifte Fərahani dayanır. Bununla da təyyarədəki şillənin sirri açılır və məlum olur ki, Makron iranlı aktrisaya aşiq olduğu üçün xanımı tərəfindən vurulub.

Məsələ Emmanuel Makronun Cənub-Şərqi Asiyaya səfəri zamanı, Vyetnamın paytaxtı Hanoya gəlişi əsnasında "Associated Press" agentliyinin çəkdiyi videodan sonra qızışıb.

Kadrlarda təyyarənin qapısı açıldıqdan bir neçə an sonra Bricit Makronun hər iki əli ilə həyat yoldaşını geriyə itələdiyi və sanki ona yüngül bir şillə vurduğu və ya ağzını örtdüyü görünür. Makron həmin an kameralar qarşısında olduğunu nəzərə alıb münaqişəni təbəssümlə ört-basır etməyə çalışdı. Daha sonra onlar təyyarənin pilləkənlərindən endilər, lakin həmin anlardakı soyuq davranışları medianın diqqətindən yayınmadı. O zaman Yelisey sarayı və prezidentin özü bu hadisəni kiçildərək onu "ər-arvad zarafatı" kimi təqdim etmişdi. Emmanuel Makron jurnalistlərə demişdi ki, biz, sadəcə, zarafat edirdik və yüngülcə atışırdıq, səmimi bir anı qlobal fəlakətə çevirmək lazım deyil", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə: